• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Sovet maşınlarına qadağa qoyulur

Bakıda Sovet maşınlarına qadağa qoyulur
01.10.2016 10:19
"Fərqlənmə nişanı”nın alınması taksi xidmətinin məhdudlaşdırılmasına gətirib çıxara bilər.

ANN.Az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. O qeyd edib ki, Azərbaycan prezidentinin 2015-ci il 21 dekabr tarixli "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" fərmanına və "Lisenziyalar və icazələr haqqında" 2016-cı il 15 mart tarixli qanuna əsasən taksi sürücüsüləri - hüquqi və ya fiziki şəxslər lizensiya almır, lakin bunun üçün "Fərqlənmə nişanı” almalıdırlar. 

"Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli qərarına görə, taksi fəaliyyətini həyata keçirən şəxslər hər bir avtomabil nəqliyyatı üçün "Fərqlənmə nişanı” almalıdır. Bakı şəhərində fərqlənmə nişanı almaq üçün prosedur qaydaları tərəfimizdən sadələşdirilib. 18 manatlıq dövlət rüsumunu müvafiq bank şöbəsinə ödədikdən sonra qəbzi Bakı Nəqliyyat Agentliyinin tabeliyində olan Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzində bunun üçün ayrılmış müvafiq iş otağına təqdim edib, "Fərqlənmə nişanı” almaq mümkündür”.

N.Allahyarova bildirib ki, "Fərqlənmə nişanı” taksi fəaliyyəti ilə məşğul olanlara mane olmayacaq. Qurum rəsmisi taksilərə limit qoyulacağını bildirib: "Taksi xidmətinin təkmilləşdirməsinə dair Tədbirlər Planına uyğun olaraq taksilərə limit qoyulacaq. İstismar müddəti tam bitmiş, istismara yararsız halda olan taksilər xətdən çıxarılacaq. Eyni zamanda sovet istehsalı olan maşınlar taksi xidməti göstərə bilməyəcək. Tədbirlər Planına uyğun olaraq gələcəkdə taksi xidməti göstərən avtomobilllərin salonu, xarici görünüşü, texniki baxımdan saz olmasına diqqət yetiriləcək. Sərnişinlər taksi xidmətindən razı qala biləcək”. 



www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol