• $
  • €
  • ₽
  • ₺
  • £

"Ürək-damar xəstəliklərinə kişilər arasında daha çox rast gəlinir"

"Ürək-damar xəstəliklərinə kişilər arasında daha çox rast gəlinir"
01.10.2016 16:19
"Son 15 ildə Mərkəzi Klinik Xəstəxanada ürəklə bağlı 11 mindən çox əməliyyat icra olunub". 

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev deyib.

O bildirib ki, əməliyyatların əksəriyyəti ürək-damar xəstəlikləri səbəbi ilə icra edilən koronar-şuntlama əməliyyatıdır: "Bu da ürək əməliyyatının təxminən 60 faizini əhatə edir. Bu zamana kimi əməliyyat edilən ən cavan xəstənin 28, yaşlı xəstənin isə 90 yaşı olub. Ürək-damar xəstəlikləri kişilər arasında daha çox rast gəlinir. Ancaq qadınlarda müəyyən yaş dövründən sonra kişilərlə müqayisədə aradakı fərq aradan qalxır".

Ürək-damar xəstəliklərinin dünya və Azərbaycanda ölümə səbəb olan xəstəliklər sırasında öndə gəldiyini xatırladan baş həkimin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının hesablamasına görə, ötən il 17,5 milyon insan məhz ürək-qan dövranı xəstəliklərindən həyatını itirib.

O, həmçinin əlavə edib ki, Azərbaycanda yenidoğulanlar arasında ürək qüsurları ilə bağlı statistikada artım yoxdur və mövcud tendensiya dünya ölkələrindəki göstərici ilə eynidir: "Bu gün bir çox mərkəzlərdə yenidoğulmuşların kardioloji müayinə və müalicəsində, həm də ən ciddi əməliyyatlarda irəliləyişlər əldə olunur. Təbii ki, bu əməliyyatlardan sonra müəyyən ağırlaşma faizləri olur. Keçən ilin statistikasına əsaslanaraq demək olar ki, Azərbaycandakı göstərici dünya rəqəmləri ilə eynilik təşkil edir. Mərkəzi Klinik Xəstəxanada bu tip əməliyyatlar 1 faiz risklə icra olunur".


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol