• $
  • €
  • ₽
  • ₺
  • £

Nobel mükafatçısı UNEC-də olub

Nobel mükafatçısı UNEC-də olub
01.10.2016 16:30
V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycanda səfərdə olan Nobel mükafatçısı, professor Edvard Preskott Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) qonağı olub.
 
UNEc-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nobel mükafatçısı ilə görüşdə AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, UNEC-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.
 
Makroiqtisadiyyatın tənzimlənməsi, iqtisadi siyasətin zaman ardıcıllığı, biznesin hərəkətverici qüvvələri və iqtisadiyyatın digər sahələrində öz töhfələrini vermiş Edvard Preskott barədə danışan UNEC-in beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov alimin həm də İqtisad Universitetinin fəxri doktoru olduğunu bildirib.
 
Tədbirdə çıxış edən Edvard Preskott V Bakı Beynəlxalq Humanitar Forumun əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, dünyanın 80-a yaxın ölkəsindən 400-dən çox nümayəndə heyətini bir araya gətirən beynəlxalq tədbirə Bakının ev sahibliyi etməsi çox əhəmiyyətlidir. İqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycanın digər ölkələr üçün yaxşı tərəfdaş olduğunu və forumun bu tərəfdaşlığın inkişafında mühüm töhfə verəcəyini xüsusi qeyd edib.

Sonra Edvard Preskott ümummilli gəlirin formalaşdırılması mexanizmi, inflayasiya ilə işsizlik arasında qarşılıqlı əlaqə, dünya iqtisadiyyatında baş verən proseslər, investisiya mühiti, sosial məsuliyyət, bərpa olunan enerji mənbələrindən istifadə, ümummilli məhsulun formalaşdırılması mexanizmi, iqtisadiyyatda təhsilin rolu və digər mövzular barədə UNEC-in professor-müəllim heyəti və tələbələrin suallarını cavablandırıb.
 
Sonda Nobel mükafatçısı UNEC əməkdaşları, xüsusən tələbələrin intellektual səviyyəsinin yüksək olduğunu, bütün bunların ölkədəki təhsilinin səviyyəsindən xəbər verdiyini bildirib və qeyd edib ki, iqtisadi cəhətdən inkişaf edən Azərbaycan üçün gələcək iqtisadçıların hazırlanmasında UNEC-in mühüm rolu var.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol