• $
  • €
  • ₽
  • ₺
  • £

Anası hələ də Şahbazın girov düşdüyünü bilmir - FOTO+VİDEO

Anası hələ də Şahbazın girov düşdüyünü bilmir - FOTO+VİDEO
01.10.2016 22:13

 

Ermənilərin girovluğunda olan Şahbaz Quliyev ailəsinə növbəti dəfə məktub göndərib.


ANN.Az ARB Aran-a istinadən xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları məktubu onun Tərtər rayonu ərazisində yaşayan yaxınlarına çatdırıblar. 

Girovun bacısı İlhamə Əsgərova deyir ki, o, məktubunda durumunun yaxşı olduğunu bildirib, salamlarını çatdırıb. 

"Sonuncu məktub bir neçə gündür göndərilib. Şahbazın vəziyyətində ciddi dəyişiklik yoxdur. Durumu yaxşıdır”, - deyə Şahbaz Quliyevin bacısı İlhamə Əsgərova bildirib. 

 

5 övlad anası olan Sənəm nənə isə oğlu Şahbazın hələ də Rusiyada olduğunu düşünür. O, deyir ki, kənd yerində yaşamaq onun üçün rahat olduğundan övladlarının yanında qalmır. Elə övladlarının da onu burada ziyarət etməsini istəyir. 

"Şahbazın iki qardaşı, iki bacısı var. Onun qardaşları Sumqayıtda yaşayırlar”, - deyə Şahbaz Quliyevin anası Sənəm Quliyeva vurğulayıb. 

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. 

Digər Azərbaycan vətəndaşı Həsən Həsənov güllələnərək öldürülüb. HəsənHəsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. 



Qondarma "məhkəmə” ötən il, dekabrın 19-da Dilqəm Əsgərovun ömürlük, Şahbaz Quliyevin 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə "hökm” çıxarıb.




www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol