Astarada təhlükəli xəstəlik yayılıb - VİDEO

Astarada heyvanlar arasında xəstəlik yayılıb.
ATV.az xəbər verir ki, xeyli sayda heyvan artıq tələf olub. Əsasən iribuynuzlu heyvanlar arasında yayılan xəstəlik bir neçə kənddə müşahidə edilsə də, ən acınacaqlı vəziyyət rayonun Şiyəkəran kəndindədir. Sakinlərin sözlərinə görə, xəstə heyvanların sayı 100-dən artıqdır. Edilən müalicələr heç bir effekt vermir. Artıq xəstə heyvanlara baytar həkimlər də baş çəkib.
Astara Baytarlıq İdarəsinin müdiri Mübariz Axundovun sözlərinə görə, xəstəlik yağışlı günlərdə heyvanların örüşə çıxarılması səbəbindən yaranıb. Mal-qara otlardan zəhərlənib. Heyvanların tövləyə qaytarılıb quru otla yemləndirilməsindən sonra hər şey qaydasına düşəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























