• $
  • €
  • ₽
  • ₺
  • £

Ayı 43 yaşlı kişiyə hücum etdi - Şəkidə

Ayı 43 yaşlı kişiyə hücum etdi - Şəkidə
02.10.2016 20:27

Şəkidə 43 yaşlı kişiyə ayı hücum edib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, bu gün saat 16 radələrində rayonun Baş Şabalıd kənd sakini, 1973-cü il təvəllüdlü Şahin Mahir oğlu Qədimov alının qaşüstü nahiyəsinin və hər iki yuxarı ətrafın dişlənmiş və cırılmış yarası xəsarəti ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı məlum olub ki, 43 yaşlı Şahin Qədimov bu gün səhər saatlarında yaşadığı evin yaxınlığındakı  dağlıq meşəlik ərazidə ailəsinə məxsus şabalıd sahəsinə şabalıdın yetişib-yetişmədiyini dəqiqləşdirmək üçün gedib. Bu zaman ərazidəki kolların arasında gizlənən ayı qəfildən Şahin Qədimova hücum edərək ona xəsarət yetirib. Daha sonra ayı ərazidən qaçıb.

Şahin Qədimova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə qarşı peyvənd edilib. Şahin Qədimovun müalicəsinin xəstəxananın cərrahiyə şöbəsində aparıldığı bildirilir.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol