• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan çempionu İŞİD üçün kamikadze hazırlayırmış

Azərbaycan çempionu İŞİD üçün kamikadze hazırlayırmış
03.10.2016 11:04
İraqda öldürülən Azərbaycan millisinin sabiq güləşçisi Çamsulvara Çamsulvarayevin İŞİD-dəki fəaliyyəti və idmançını Mosula aparan yollar üzə çıxıb. 

ANN.Az apasport.az-a istinadən xəbər verir ki, Avropa çempionunun yaraqlılara qoşulması anidən baş verməyib.

O, xalça üzərində ilk qələbələrindən sonra çox yeniyetmə bir qızla evlənib. 2 ildən sonra onların bir qızı olub ki, körpəyə Dağıstan üçün qeyri-adi olan Xəttab adını qoyub.

Rusiyalı həmkarlarımızın yazdığına əsasən, 74 kq və 84 kq çəki dərəcələrində Azərbaycan çempionu adını qazanan Çamsulvarayevin İŞİD-də əsas vəzifəsi kamikadzelər hazırlamaq olub. O, ancaq qadın və qızları bu işə cəlb edirmiş.

Sabiq güləşçimizin yaraqlılara 2014-cü ildə qoşulduğu vurğulanır. Peşəkar idmanı atan güləşçi adını da həmin vaxt dəyişib və "Al-Bara” olub. Həmkarlarımız Çamsulvarayevin İŞİD-ə qoşulan güləşçilər arasında ən titullusu olduğunu da qeyd ediblər. Onların yazdığına əsasən, sabiq təmsilçimizə qədər bir çox idmançılar öldürülsə də, bu yaraqlıların içərisində ən tanınmışı olub.

Qeyd edək ki, 2000-ci illərdə milliləşərək Azərbaycan yığmasına cəlb olunan Çamsulvarayev ölkəmizə 74 kq çəki dərəcəsində dünya çempionatının gümüş (2009), bürünc (2007) medallarını qazandırıb. Həmçinin, 2009-cu ildə Avropa çempionu tituluna yiyələnib. Çamsulvaranın aktivində qitə çempionatının 3 bürünc (2007, 2008, 2010) mükafatı da var.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol