• $
  • €
  • ₽
  • ₺
  • £

"BakuBus" ittihamlara cavab verdi

"BakuBus" ittihamlara cavab verdi
03.10.2016 12:55
Bir neçə gün əvvəl "Bakubus”a məxsus avtobusun sürücüsü ilə bağlı mətbuatda ciddi iradların yer aldığı məlumat dərc olunub. "Bakubus” MMC-nin məsələ ilə bağlı cavabı gecikməyib.

Qurumun mətbuat xidmətinun rəhbəri Mansur Piriyev AzVision.az-a bildirib ki, sərnişindaşıma sahəsində insanlara yüksək xidmət göstərməyi qarşısına məqsəd qoyan "Bakubus” bu cür halların baş verməməsi və ya əvvəlcədən qarşısının alınmasında hamıdan çox maraqlıdır. 

"Qeyd edim ki, məqalədə göstərilən şikayətin məzmunu kifayət qədər ciddi araşdırma tələb edirdi. Ona görə də məlumat daxil olan kimi dərhal hadisənin vaxtı, hadisənin baş vermə yeri , avtobus və həmin sürücü araşdırma nəticəsində müəyyən olunmuş, daha sonra isə həmin avtobusda quraşdırılmış videokameraların yaddaşı götürülərək hadisənin baş vermə anı mütəxəssislər tərəfindən izlənilib”. 

M.Piriyev qeyd edib ki, hazırda bu hadisənin araşdırılması davam edir və hadisə ilə bağlı ilkin təəssüratlar mövcuddur. 
"Sadəcə onu söyləmək olar ki, sürücü qaydaları pozaraq təhlükə yaradan, qəfil avtobusun qarşısına keçən avtomobilə ani reaksiya verərək əyləcdən istifadə etməklə mərkəzi yolda baş verəcək böyük bir qəzanın qarşısını alıb. Bu, videogörüntülərdən çox aydın şəkildə görünür. Ancaq burada digər nüanslar da var ki, onlar aidiyyatı üzrə araşdırma tələb edir. Biz hadisə ilə bağlı yekun nəticənin çıxarılması və obyektiv qərarın verilməsi üçün, şikayətçi tərəfi də "Bakubus”a dəvət etmişik. Hadisənin vedogörüntüləri qarşılıqlı şəkildə izlənildikdən və nəticə aydın olduqdan sonra çox güman ki, həmin videogörüntülər mətbuat vasitəsi ilə ictimaiətə təqdim olunacaq. Eyni zamanda "Bakubus” ictimaiyyət üçün açıq təşkilat olduğundan müraciət edən sərnişinlər şikayətlə bağlı aparılan araşdırmaları əyani şəkildə göstərmək üçün "Bakubus”a gəlib ətraflı məlumat ala bilərlər”.

Qeyd edək ki, mətbuatda "Bakubus”-a məxsus 13 saylı marşurutun sürətlə hərəkət etməsi, qəza vəziyyəti yaratması və sərnişinlərin ciddi xəsarət alması ilə bağlı informasiyalar yayılıb.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol