SAT imtahanının nəticəsi oktyabrın sonunda elan olunacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası oktyabrın 1-də növbəti SAT imtahanlarını keçirib.
ANN.Az TQDK-ya istinadən xəbər verir ki, imtahanlar TQDK-nın inzibati binasında təşkil olunmaqla təlimata uyğun keçirilib. İmtahanlarda 23 nəfərin iştirakı nəzərdə tutulsa da, 16 nəfər iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İmtahan nəticələrinin oktyabr ayının 27-də elan olunması gözlənilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























