• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi məktəblərdə hazırlıq qrupları olmayacaq - RƏSMİ

Bəzi məktəblərdə hazırlıq qrupları olmayacaq - RƏSMİ
03.10.2016 17:29
Bu günə kimi Bakı məktəblərində təşkil olunacaq məktəbəqədər hazırlıq qrupları üçün müraciət edənlərin sayı təxminən 20 min nəfərdir.

AzVision.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumtəhsil sektorunun müdiri Avaz Yusifov deyib. O qeyd edib ki, elə həmin sayda uşaq da bu qruplara qəbul olunub: "2011-ci il təvəllüdlü, 5 yaşı bu il tamam olmuş uşaqlar məktəbəqədər hazırlıq qruplarına cəlb olunub. 5 yaşlıların təhsili həmişə məktəbəqədər təhsil müəssisələrində, məktəbəhazırlıq qruplarında həyata keçirilir. Bundan əvvəlki iki tədris ilində simvolik olaraq ödənişli əsaslarla (hər bir uşağa görə 40 manat) məktəbəhazırlıq qrupları təşkil olunurdu. Hazırda dövlət ümumtəhsil müəssisələrində də 2016-2017-ci dərs ilindən bu qrupların təşkilinə start verilib”.

A.Yusifov vurğulayıb ki, 2019-cu ilə qədər Azərbaycanda ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 90 faizə çatdırılmalıdır: "Bu il üçün bu göstəricinin 55 faizə çatdırılmasının nəzərdə tutulduğunu deyən sektor müdiri əlavə edib ki, bu, Bakı şəhəri üzrə 20 422 uşaq deməkdir. Bundan əlavə, məktəbəqədər təhsil müəssisələrində məktəbəhazırlıq qruplarının təşkili davam etdirilir. Qruplarda dərs deyəcək müəllimlər adi ibtidai sinif müəllimlərinin aldığı maaşı alacaq. Yəni, bir müəllim üçün bir stavka 18 saat hesablandığı halda, qrupda həftədə 4 gün 3 saat olmaqla, yekunda 12 saatlıq tədris planları olacaq. Müəllim də buna uyğun 12 saatlıq dərsin pulunu alacaq”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmisi bəzi məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinin dayandırılmasına münasibət bildirib. O qeyd edib ki, qruplara kifayət qədər uşaq yığa bilməyən məktəblərdə proses dayandırılıb: "Çünki qruplarda uşaqların minimum sayı 15, maksimum isə 30-dur. Kənd yerlərində isə yerli təhsil idarəetmə orqanları ilə razılaşdırmaqla 10-15 uşaqdan ibarət məktəbəhazırlıq qrupları təşkil etmək olar".

Onun sözərinə görə, bəzi məktəblərin resursları, yəni sinif otaqları çatmadıqlarına görə orada belə qrupların təşkil olunması qeyri-mümkündür: "Bəzi məktəblərdə isə uşaqların sayı az olduğuna görə orada hazırlıq qruplarının təşkili dayandırılıb".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol