Vəkili Cahangir Hacıyevə bəraət istədi - YENİLƏNİB

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, prosesdə C.Hacıyevin vəkili Fəxrəddin Mehtiyev müdafiə çıxışı edib. Vəkil C.Hacıyevə bəraət verilməsini istəyib.
Prosesdə zərərçəkmiş qismində "Aqrar Kredit" QSC-nin nümayəndəsi də çıxış edib. O, təqsirləndirilən şəxslərdən 7 milyon 624 min manat tutulmasını istəyib.
Fasilədən sonra C.Hacıyevin vəkili Aqil Layicov müdafiə çıxışı edib.
Proses oktyabrın 5-də davam edəcək.
Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























