• $
  • €
  • ₽
  • ₺
  • £

Boğaz ağrısından qurtulmaq üçün 8 təbii üsul

Boğaz ağrısından qurtulmaq üçün 8 təbii üsul
04.10.2016 00:15
Havalar bir azca soyuyan kimi çoxumuz boğaz ağrısından şikayətlənirik. Əksəriyyətimiz də dərmandan istifadə etmədən bu problemdən qurtulmaq istəyirik. Əlbəttə ki, antibiotik istifadə olunmadığı müddətdə bitki mənşəli müalicələrdən yararlanmaq lazımdır. Evdə təbii üsullardan faydalanaraq boğaz ağrısının yaratdığı narahatlığı aradan qaldırmaq olar.
 
Aile.lent.az ev şəraitində istifadə edə biləcəyiniz təbii müalicə üsullarından bir neçəsi ilə sizi tanış edir.

- Sarımsaq bu müddətdə köməyə çatan ən faydalı tərəvəzdir.

- Boğaz ağrısı ilə mübarizədə gündəlik qidalanmada yer tutan meyvə suları da daxil olmaqla, şəkəri və süd məhsullarını menyudan çıxarın.

- Boğazdakı şişi və narahatlığı azaltmaq üçün saatda bir və ya daha tez-tez duzlu ilıq suyla qarqara edin. 1 stəkan ilıq suya yarım qaşıq duz əlavə edin. Duzlu su qarqarası balaca uşaq üçün də çox faydalıdır, hətta udsalar belə.

- Suyu əskik etməyin. Çay və ya şorba kimi ilıq içkilər boğazdakı narahatlığı azaltmağa köməkçi olur. Əgər uşaq boğaz ağrısı səbəbindən içməkdə çətinlik çəkərsə, şprisdən istifadə edə bilərsiniz.

- Limon suyu da müalicəedici xüsusiyyətə malikdir, unutmayın.

- Ən klassik və etibarlı müalicə üsullarından biri olan sarımsaq limonadı xilaskarınız olacaq. Bunun üçün nazik doğranmış 2 diş sarımsağı bir qaba qoyun. Üzərinə 250 ml qaynar su əlavə edin və qapağını bağlayıb 30 dəqiqə saxlayın. Sarımsağı süzərək ayırın. İçinə bütöv bir limonu sıxıb suyunu əlavə edin, balla dadlandırın. İsti və ya ilıq halda içə bilərsiniz.

- Ekinezya və propolis tərkibli spreylər boğaz ağrıları, streptokok və virusa bağlı infeksiyalarda olduqca təsirlidir.

- Biyan kökü boğaz ağrılarına qarşı faydalıdır. Çaya qataraq için. Bu da klassik bir müalicə üsuludur.
 
 
Qeyd: ekinezya kökü, propolis, adaçayı yarpağı kimi bitki mənşəli boğaz spreyi vasitələrini hamiləlikdə istifadə etməyin

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol