• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzərin dibində I Pyotrun batmış gəmilərini axtarırlar

Xəzərin dibində I Pyotrun batmış gəmilərini axtarırlar
03.10.2016 22:17
Rusiya Coğrafiya Cəmiyyəti Xəzər dənizinin dibini tədqiq etmək üçün Dərbəndə ekspedisiya göndərib. Dalğıclar I Pyotr donanmasının batmış gəmilərini axtarır. Təxminən 300 il əvvəl rus imperatoru Fars yürüşünə yollanmış və onun donanması güclü qasırğa nəticəsində çox sayda gəmisini itirmişdi. Alimlər artıq Dərbənd yaxınlığında bir neçə tapıntı aşkarlamağa müvəffəq olublar.
 
ANN.Az Azərtac-a istinadla xəbər verir ki, Xəzər dənizinin 10 metr dərinliyində dalğıclar görünüşünə görə gəmi lövbərinə bənzər dəmir əşya tapıb. Tapıldığı yerdə diqqətlə tədqiq olunan lövbərin yaxınlığında həmin donanmaya məxsus ola biləcək taxta gəmi fraqmentləri də aşkarlanıb.
 
I Pyotr fars və ya Xəzər yürüşünü təxminən 300 il bundan əvvəl, 1722-ci ildə təşkil etmişdi. O vaxt imperatorun şəxsən başçılıq etdiyi yürüşə 200 gəmi cəlb olunmuşdu. Mahiyyət etibarilə bu kampaniya Rusiyanın Qafqazda hərbi iştirakının başlanğıcına çevrilmişdi. I Pyotr yürüş zamanı bir neçə gün Dərbənddə qalmışdı. Lakin Xəzər dənizində başlayan payız qasırğaları və bu səbəbdən onlarla gəminin batması rusların Cənubi Qafqazın içərilərinə doğru hərəkətini yarıda qoymuşdu.
 
İmperator gəmilərin batdığı yerə dair hazırda bir neçə fərziyyə mövcuddur. Ekspedisiyanın məqsədi də tarixçilərin və yerli sakinlərin verdiyi məlumatları yoxlamaqdır.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol