• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda klinikada faciə - Uşaq əməliyyat stolunda ölüb - Şikayət+VİDEO

Bakıda klinikada faciə - Uşaq əməliyyat stolunda ölüb - Şikayət+VİDEO
03.10.2016 22:20
9 ay əvvəl 6 yaşlı oğlunu əlindən tutub "Briz-L" klinikasına əməliyyat üçün aparan Firuz İbrahimov indi ah-nalə çəkir.

2016-cı ilin yanvar ayının 19-da 6 yaşlı Yusif İbrahimov əməliyyat olunması üçün Bakının Nərimanov rayonunda yerləşən "Briz- L" klinikasına gətirilib. "Hər iki gözün daxili düz əzələsinin 5 mm resessiyası" diaqnozu əsasında əməliyyat olunan uşaq, elə əməliyyat əsnasında dünyasını dəyişib. "Briz- L" klinikasının rəhbərliyi öz nüfuzunu qorumaq üçün uşağın öldüyünü saatlarla ailəsindən gizlədib.

İbrahimovlar ailəsi, axşam saat 6-da əməliyyat masasına uzanan oğullarının gecə saat 3-də meyitini görüblər.

Məlum olub ki, Yusif İbrahimovun əməliyyatında cərrah-oftolmoloq Azər Kərimov və anestezioloq Elnur Abbasov iştirak ediblər. Ata Firuz İbrahimovun sözlərinə görə, həkimlər onlara uşağa həddindən artıq narkoz verdiklərini etiraf ediblər.

"Briz-L" xəstəxanası ilə əlaqə saxladıqda məlum oldu ki, artıq həmin həkimlər burada işləmirlər.

Maraqlıdır, hadisə baş verdiyi gündən bunun həkim səhlənkarlığı olmadığını iddia edən xəstəxana rəhbərliyi görəsən bu həkimlərin hər ikisini niyə işdən çıxarıb? Yoxsa həkimləri işdən uzaqlaşdırmaqla öz nüfuzunu qoruyacağını düşünür? Bu həkimlərin fəaliyyətlərini başqa bir xəstəxanada davam etdirmələri digər Yusiflərin həyatı üçün də təhlükə demək deyilmi? Bir xəstəxanaın nüfuzu bütün uşaqların həyatından dahamı dəyərlidir ?

Bu arada Yusifin ailəsi onun nəşini ekspertizaya göndərməkdən imtina edib. Görünür "Briz-L" xəstəxanasının rəhbərliyi maddi yardım baxımından müxtəlif vədlər verərək onun ailəsini nəyəsə inandırmağı bacarıb.  Firuz İbrahimovun sözlərinə görə, xəstəxana indi uşağın baş daşı üçün çəkilən xərci ödəməkdən bələ imtina edir.

Mütəxəssislər qanuna görə, belə hadisələr zamanı ailənin rəyinin əsas götürülmədiyini, meyitin tibbi ekspertizadan keçirilməsinin zəruri olduğunu deyirlər. Buna baxmayaraq, ailənin müraciəti əsasında işin yenidən araşdırıla biləcəyini deyirlər.

Məhkəmə qərarı əsasında həkimlər məsuliyyətə cəlb oluna, xəstəxanaya qarşı isə  küllü miqdarda təzminat davası açıla bilər. 

ANN.Az "Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol