• $
  • €
  • ₽
  • ₺
  • £

Şəkərli diabetin ilk əlamətləri

Şəkərli diabetin ilk əlamətləri
04.10.2016 10:36
Bəzən diabet xəstəliyində ümumiyyətlə heç bir əlamət özünü göstərmir və diabet təsadüfən aşkar olunur. Misal üçün, okulist göz dibini müayinə edərkən diabet xəstəliyinə xas olan dəyişikliyə əsasən diabet diaqnozunu aşkar edir. Lakin bir çox əlamətlər var ki, bunlar hər iki tip diabet üçün xarakterikdir.

ANN.Az deyerler.org-a istinadən bildirir ki, diabetin əlamətləri insulin sekresiyasının azalma dərəcəsindən, xəstəliyin müddətindən və xəstənin fərdi xüsusiyyətlərindən asılıdır. Diabetin ən çox rast gələn əlamətlərindən aşağıdakıları göstərmək olar:
1. Tezləşmiş sidik ifrazı və orqanizmin susuzlaşmasına səbəb olan güclü susuzluq;
2. bəzi hallarda daimi aclıq hissinə baxmayaraq, çəkinin sürətlə azalması;
3. qanda şəkərin yüksək olması;
4. zəiflik və yorğunluq hissi;
5. görmənin aydın olmaması;
6. cinsi aktivlikdə bəzi problemlərin əmələ gəlməsi;
7. ətraflarda keyləşmənin və ağrıların əmələ gəlməsi;
8. ayaqlarda ağırlıq hissi;
9. başgicəllənmə;
10. infeksion xəstəliklərin gec sağalması;
11. yaraların gec sağalması;
12. bədənin hərarətinin aşağı düşməsi;
13. görmənin pozulması;
14. tez yorulma;
15. baldır əzələlərinin qıc olması;

Diabetli xəstələri bir neçə praktiki məsləhətlət:

Diabetdən şübhələnirsinizsə, nəslinizdə diabet xəstələri varsa və ya olmuşsa, qan şəkərinizi yoxlatdırın və ya "chek-up" müayinələrdən keçin.
Diabet diaqnozu təsdiq olunmuşdursa, təklif edilən müalicə üsullarını (dərman və ya insulin) və dietanı dəqiq bir şəkildə tətbiq edin.

Dərmanlarınızı həkiminizdən soruşmadan dəyişməyin və ya kəsməyin.

Nizamlı şəkildə qandakı şəkərinizi yoxlayın və qeyd edin.

Altı ay fasilə ilə kardioloq müayinəsində olun.

Ən geci ildə bir dəfə gözünüzü müayinə etdirin.

Fiziki fəallığı unutmayın.
Əgər nəfəsalmanızda problem varsa, öskürürsünüzsə, mütləq döş qəfəsinin rentgen müayinəsi olunun, çünki kontrolsuz diabet ağciyər vərəminin inkişafına səbəb olur. Peyvənd edilməsinə əks-göstəriş yoxdursa, hər il qış  aylarında qrip peyvəndi olunun.

"Türkəçarə" müalicələr (fitoterapiya və s.) və ya müasir elmi standartlara istinad olunmadan aparılan müalicələrlə qiymətli vaxtınızı itirməyin, qan şəkərinizi acqarına və toxqarına ölçün, qeydlərinizi həkiminizə göstərin.
Müntəzəm şəkildə diş həkiminə gedərək, müayinə olunun. Xüsusilə, diş ətlərində iltihab olan şəkər xəstələri çox diqqətli olmalıdırlar.
Ayaq baxımı diabet xəstələrində çox ciddi və incə yanaşma tələb edən məsələdir. Hər gün ilıq sabunlu su ilə ayağı yuyun və sonra qurulayın. Dırnaqlarınızı uzun və düz kəsin, çalışın zədələməyin, pambıq corab, evdə tərlik, ortopedik ayaqqabı geyinin, ayaqlarınıza krem çəkin, sıyrıntı, yara, çat görsəniz, dərhal həkimə müraciət edin. Diabetik pəncə problemi vaxtında aşkar və düzgün müalicə edilərsə, tam həllolunan məsələdir.

Şəkərli diabetin müalicəsi yuxarıda göstərilən şərtlərə əməl edən, xəstəliyinə biganə yanaşmayan, bu xəstəliyi və ağırlaşmaları şüurlu surətdə anlayaraq, yalnız mütəxəssis həkim-endokrinoloq nəzarəti və kontrolu altında etdirən şəxslərdə uğurlu ola bilər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol