• $
  • €
  • ₽
  • ₺
  • £

Texniki Universitetinin kafedra müdiri vəfat etdi

Texniki Universitetinin kafedra müdiri vəfat etdi
04.10.2016 10:00
Azərbaycan Texniki Universitetinin kafedra müdiri dünyasını dəyişib.

"Report"un məlumatına görə, universitetin "Riyaziyyat” kafedranın müdiri, professor Məhəmməd Dünyamalıyev 78 yaşında vəfat edib.
Ölümə səbəb ürək tutması olub.  

Qeyd edək ki, Dünyamalıyev Məhəmməd Ağamirzə oğlu 1938-ci ildə Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) anadan olub. 1962-ci ildə Bakı Dövlət Universitetinin (keçmiş S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini mexanika ixtisası üzrə bitirib. 1962-ci ildən Azərbaycan Texniki Universitetinin "Riyaziyyat” kafedrasında assistent, baş müəllim, 1975-ci ildən dosent, 1995-ci ildən professor, 2010-cu ildən isə "Riyaziyyat” kafedranın müdiri vəzifəsində işləyib.

Əsas elmi sahəsi yeraltı hidro-qazodinamika məsələlərinin tədqiqində mayenin süzülməsində mühitin relaksasiyası və sürüşgəcliyi məsələləridir. Belə məsələlərin həlli diferensial və integro-diferensial tənliklərin həllinə gətirilir ki, burada da müxtəlif oblastlarda I-IV növ sərhəd məsələləri ədəbiyyatda birinci dəfə həll edilib. M.A.Dünyamalıyev 114 elmi məqalənin, 6 metodik vəsaitin və 2 monoqrafiyanın müəllifidir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol