Erməni dili kursları açılır - BAKIDA

Oktyabrın 15-dən etibarən Bakı Dövlət Universitetində (BDU) erməni dili kursları təşkil olunacaq.
Bu barədə Modern.az-a BDU-nun Erməni Araşdırma Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi məlumat verib. O bildirib ki, "Düşmənlə öz dilində mübarizə aparaq!" devizinə uyğun olaraq BDU-da hazırlanmış xüsusi proqram əsasında təşkil olunan erməni dili kurslarına qatılmaq istəyənlər üçün yaş məhdudiyyəti yoxdur.
"6 aylıq kurslarda iştirak etmək istəyənlər əlavə məlumatlar almaq üçün mənə müraciət edə bilərlər”,-deyə o bildirib. Kurslar həftədə 3 gün axşam saat 18-00-da başlayacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























