• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 50 min manatlıq qəbirüstü abidələr - Şöhrətpərəstlik, yoxsa dəyər

Bakıda 50 min manatlıq qəbirüstü abidələr - Şöhrətpərəstlik, yoxsa dəyər
05.10.2016 10:45
Ölüm bir canlının həyat fəaliyyətinin sona çatmasıdır. 

"Gözlə qaş arasında" olan bu hal insan övladının başına gələ biləcək ən son hadisədir. Ta qədimdən insanlar dünyasını dəyişmiş şəxslə, onun cəsədi ilə müxtəlif formada davranıblar.  Ölmüş insan üçün sərdabələr tikilməsi, vəfat etmiş şəxsin yandırılaraq külünün saxlanılması, hətta ölmüş şəxsin cəsədinin qəbilə üzvləri tərəfindən yeyilməsi faktları tarixdə az deyil.

İlk ölüləri torpağa basdırma mərasimi İspaniyanın Atapuerka bölgəsində 350 min il əvvəl baş verib. Müasir dövrdə basdırılan ölüyə abidə qoymaq geniş yayılıb. Hətta bu qəbirüstü abidələr üçün külli miqdarda pul xərcləyən insanlar var. Bəzən dünyasını dəyişmiş şəxslərin peşələri onların qəbirüstü abidələrində həkk olunur. Mərhumun peşəsisinə uyğun abidə qoyulur. Məsələn dülgər olmuş şəxsin qəbirüstü abidəsində mişar, şahmatçının qəbirüstü abidəsində şahmat fiqurları, sürücünün abidəsində maşın, bərbərin qəbirüstü abidəsində daraq və qayçı, yazıçının abidəsində kitab və.s.

Bu yerdə mərhum türk yazıçısı Əziz Nesin yada düşür. Dahi yazıçı özü vəsiyyət etmişdi ki, onun üçün dəfn mərasimi təşkil edilməsin, məzarı olmasın: "Bir məktəbin bağçasına basdırın məni. Üstümdə uşaqlar topla oynasın". Buna görə, dostları yan-yana 6 qəbir qazıb və yazarı onlardan birinə qoyaraq tələsik bütün qəbirləri torpaqlayıblar. Beləcə onun vəsiyyəti gerçəkləşmiş olub, indi məzarının üzərində həqiqətən uşaqlar oynayır. 

Amma bu cür hallar barmaqla sayılacaq qədərdir. İnsanlar diqqət çəkmək üçün dəbdəbəli qəbirlərə üstünlük verirlər. Onlar sanki  itirdikləri insanı başdaşılarından boylanarkən gördükdə təsəlli tapırlar.

Mövzunu araşdırmaq üçün qəbirüstü abidələr hazırlayan obyektlərdə olduq. Məlum oldu ki, qəbirüstü daşların ən ucuzu 300 manatdır. Əsasən Daşkəsəndən gətirilən yerli materiallardan hazırlanan bu daşların qiyməti 300-1000 manat arasında dəyişir. Qiymətlər ustanın əl işi, bər-bəzək, işin keyfiyyəti, şəkil və s.-dən asılı olaraq dəyişir. Həmçinin həmsöhbətlərimiz onu da bildirdilər ki, ən bahalı daş qara mərmərdir. Ukrayna və Çindən gətirilən bu mərmərlərin qiyməti 1500 manatdan başlayır. Hətta 5000 manatlıq qara mərmər sifariş olunduğu da vurğulandı.  Ən bahalı sifarişi isə yəhudilərin verdiyi bildirildi. Müsahibimiz götürdüyü ən yüksək məbləğli sifarişin 10 min manat həcmində olduğunu vurğuladı. 

Ağ mərmər isə nisbətən ucuz başa gəlir. Yerli materialdan hazırlanan ağ mərmər qəbirüstü abidələr 800 manatdan başlayır. Amma bunun keyfiyyətsiz olduğunu dedilər. Ümumiyyətlə qəbirüstü daşın hazırlanma prosesi 3-7 gün arası çəkir.

Abidə üzərinə vurulan şəkil isə əvvəllər əllə döymə üsulu ilə həyata keçirilirdi. İndi isə komputer sistemi şəkili cihaza ötürür, cihaz şəkili daşa işləyir. 
Ən bahalı işin isə heykəl olduğu vurğulandı. Heykəlin minimal qiyməti 10 000 manatdır. Təkcə  heykəltəraş bir heykələ görə 2-3 min manat arası zəhməthaqqı alır. Heykəl var ki, 50 min manata başa gəlir.

İlahiyyatçı Hacı Şahin Həsənli ANN.Az-a danışarkən bildirdi ki, hər bir insanın qəbri üzərində bahalı abidə ucaldılması düzgün deyil:
"Qəbir üzərində abidə tikilməsi yolverilməzdir. Bu məsələdə görkəmli dövlət xadimləri, tarixi şəxsiyyətlər istisnadır. Hər bir insanın qəbri üzərində bahalı abidə ucaldılması düzgün deyil. Ümumiyyətlə bahalı mərmər daşlardan istifadə olunması, abidə ucaldılması israf hesab olunur. Bu da dini nöqteyi-nəzərdən böyük bir günahdır. 

Təəssüf ki, qəbir daşları insanlar arasında rəqabət predmetinə çevrilib. İnsanlar qəbir daşları ilə də öyünürlər. Bunu da şan-şöhrət vasitəsi kimi qəbul edirlər. Bu dinin ibtidai prinsiplərinə ziddir. Dini nöqteyi-nəzərdən qəbir üzərində yalnız kiçik bir əlamət olmalıdır. Bu əlamət dəfn olunan şəxsin kimliyini bildirməlidir.
Dəbdəbəli məzar daşlarının qoyulması düzgün deyil. Quranda qeyd olunub ki, israf edənlər şeytanın qardaşıdır. Yəni israfçılıq şeytan əməldir. İsrafçılığın qaynağı da şöhrətpərəstlikdir. Əslində insan ölənin ruhuna yaxşılıq etmək istəyirsə, onun adından xeyriyyə əməli edə bilər. Baş daşına sərf etdiyi pulu xeyriyyə işinə istifadə edə bilər. Həmin vəsaitlə hər hansısa tələbənin təhsil haqqını ödəyə, ehtiyacı olan insanın ehtiyacını ödəyə bilər. Bu əməlin savabını dünyadan köçmüş insanın ruhuna hədiyyə edə bilər. Amma bəzi insanlar sağlığında yaxın adamlarına dəyər vermir, dünyadan köçəndən sonra qəbri üzərində böyük abidə qurur. Bununla özünü basqalarına göstərir, belə bir rəy yaratmağa çalışır ki, guya dünyadan köçmüş qohumuna dəyər vermiş olur. Əslində bu dəyər deyil. Həm dini nöqteyi-nəzərdən günahdır, həm də sağlam məntiqə və ağıla sığmayan hərəkətdir".

Tofiq Əli
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol