• $
  • €
  • ₽
  • ₺
  • £

Prokuror: Cahangir Hacıyevin həyat yoldaşına külli miqdarda kreditlər ayrılıb

Prokuror: Cahangir Hacıyevin həyat yoldaşına külli miqdarda kreditlər ayrılıb
05.10.2016 14:57
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxs İbrahim Hüseynovun vəkili Azər Tağıyev müdafiə çıxışı edib. Vəkil İ.Hüseynova bəraət istəyib.

Vəkilin çıxışına münasibət bildirən dövlət ittihamçısı Fərid Nağıyev qeyd edib ki, mənimsəmə ilə bağlı sübutların olmadığı deyilsə də, ancaq cinayət işinin materiallarında Cahangir Hacıyevin ailə üzvlərinin adına olan kartlardan, xarici ölkələrdə otellərdə, bahalı mağazalarda, sağlamlıq mərkəzlərində limitsiz kartlar barəsində faktlar var: "Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva heç bir biznes plan təqdim etmədiyi halda, ona külli miqdarda kreditlər ayrılıb. Ancaq başqalarına bu şəkildə kreditlərin ayrılması mümkün deyil. Digər tərəfdən, əgər bankın layihələri gəlir gətirirdisə, 2008-ci ildən götürülən kreditlər nəyə görə gəlir gətirməyib?".
Sonra təqsirləndirilən şəxslər - Kənan Orucov, Anar Sultanov, Məmməd Cahangirov, Yusif Ələkbərov və İlqar Abdullayev məhkəmədə son söz deyiblər. Onlar özlərini təqsirli bilməyiblər və yalnız kredit komitəsinin qərarlarını və rəhbərliyin göstərişlərini icra etdiklərini deyiblər. Təqsirləndirilən şəxslər Cahangir Hacıyev və İbrahim Hüseynov son söz üçün məhkəmədən 1 həftə vaxt istəyiblər.

Hakim 1 həftə vaxt verilməsinin çox olduğunu deyib. İş üzrə növbəti məhkəmə prosesi oktyabrın 10-na təyin olunub.

Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol