Bakıda qeyri-adi oğru - DİQQƏTLİ OLUN

Bakıda qeyri-adi üsulla dələduzluq edən şəxs peyda olub.
Öncə internetdə məhsul almaq üçün sifariş edir və ünvanına gətirilməsini istəyir. Satan şəxs müştəridir deyib, satdığını öz əli ilə dələduzun evinə qədər aparır. O, "qoy hələ evə aparım, bəyənsələr gətirib pulunuzu verərəm” deyib aradan çıxır. Malı gətirənə mənasız yerə gözləmək qalır. Sosial şəbəkələrdə yayılan bu xəbərlə bağlı xeyli sayda insanın zərər çəkdiyi ortaya çıxıb. Məsələni araşdırarkən dələduzluğu törədən Ozal Orduxanlı ilə biz də əlaqə saxladıq. İlk olaraq olaya aydınlıq gətirəcəyini desə də, sonradan fikrini dəyişdi. Sən demə, oxşar aldatma faktları ilə üzləşənlər az deyil.
Ekspertlər bildirir ki, onlayn satış zamanı əksər hallarda insanlar aldadıldığından, bu sahəyə inamsızlıq var. Bu səbəbdən diqqətli olmaq lazımdır.
Qeyd edək ki, baş vermiş dələduzluq faktı ilə bağlı zərərçəkənlər polisə müraciət edib.//"ATV Xəbər"
www.ann.az
























