Təhsil Nazirliyi və “ASAN xidmət”dən birgə layihə

"Təhsil Nazirliyi ilə "ASAN xidmət” arasında reallaşdırılan layihə çərçivəsində 4286 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub".
ANN.Az xəbər verir ki, bunu Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirdiyi press-brifinqdə deyib.
Nazirlik rəsmisi qeyd edib ki, qəbul olunanlardan 733 nəfərinin əsas fənlər üzrə ümumi müvəffəqiyyət göstəricisi "4”-dən yuxarı olub: "Yeni tədris ilindən ölkənin bütün rayon və şəhərlərinin ümumi təhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılıb. 2016-2017-ci tədris ili üçün respublika üzrə məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı 76 min nəfərdən artıqdır. Bu tədris ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul pilot olaraq "ASAN peşə” layihəsi üzrə Bakı və Gəncə şəhərlərində həyata keçirilib.
Press-brifinqdə həmçinin icbari ümumi orta təhsildən yayınma hallarının son illərdə əhəmiyyətli dərəcədə azalması və bununla bağlı təhlil media nümayəndələrinin diqqətinə çatdırılıb.
Daha sonra müəllimlərin işə qəbulu üzrə yekun statistika açıqlanıb. Bildirilib ki, mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticəsinə əsasən ümumilikdə 2365 nəfər müəllim adını qazanıb. Onlardan 1800 nəfəri kənd məktəblərində həvəsləndirmə yerləri tətbiq olunan vakant yerləri seçib.
Tədbirdə, həmçinin transfer.edu.az portalına müraciət edən tələbələr barədə məlumat verilib. Cari ildə təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilib. Burada əsas məqsəd tələbə köçürülməsində şəffaflığın, rahatlığın və sadələşmiş prosedurun yaradılması olub. Ümumi müraciət edənlərin sayı 241 nəfər olub. Onlardan 83 nəfərə müsbət cavab verilib.
Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























