• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi telekanallar rəqəmsal yayıma keçib – SİYAHI

Bəzi telekanallar rəqəmsal yayıma keçib – SİYAHI
06.10.2016 13:37
"Rəqəmli TV yayımını izləmək üçün dekoderlər HD formatını dəstəkləməlidir, əks halda HD formatlı TV proqramlarını izləmək mümkün olmayacaq”.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki şöbəsinin müdiri İsa Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda "İdman Azərbaycan”, "CBC Sport” və "ATV” telekanalları Bakı şəhəri və Abşeron yarımadası ərazisində HD formatında yayımlanır.

"Yaxın vaxtlarda bu ərazidə "Xəzər TV” və "AzTV” telekanallarının da HD formatına keçəcəyi gözlənilir. Bunun ardınca ölkəmizin digər bölgələrində də tədricən HD formatına keçiləcək”.

O qeyd edib ki, yerüstü analoq TV yayımının dayandırılması ilə əlaqədar olaraq TV yayım kanallarının boşalması HD formatında yayımının tətbiq olunmasına əlverişli şərait yaradıb: "HD formatında yayım apardıqda bir TV yayım kanalında daha az sayda (DVB-T-də on əvəzinə üç) TV proqramı yayımlana bilir və deməli, daha çox TV yayım kanalından istifadə etmək lazım gəlir. Əhalidə istifadədə olan analoq televizorlarla rəqəmli TV yayımını izləmək üçün müvafiq dekoderlərdən ("Set-Top-Box”) istifadə etmək lazım gələcək. Lakin bu dekoderlərin HD formatını dəstəkləməsi çox mühümdür. Əks halda HD formatlı TV proqramlarını izləmək mümkün olmayacaq. Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) yeni dekoderlərin alınması üçün 2 şirkətlə danışıqlara başlayıb. Nazirlik tərəfindən Full HD formatlı dekoderlər sifariş olunacaq”.

Qeyd edək ki, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib. Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box”-ların) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box”) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol