Sabah Beynəlxalq Təhsil Sərgisi başlayır

Oktyabrın 7-dən etibarən "Baku Expo" Mərkəzində Azərbaycanın təhsil sahəsi üzrə 10-cu Beynəlxalq Təhsil Sərgisi öz işinə başlayır.
ANN.Az xəbər verir ki, bunu bu gün sərgi ilə bağlı keçirilən mətbuat konfransında Təhsil Nazirliyinin QHT və KİV-lə iş üzrə sektor müdiri Cəsarət Valehov deyib.
Sektor müdirinin sözlərinə görə, bu Təhsil Nazirliyinin rəsmi dəstəyi və iştirakı ilə təşkil olunan yeganə tədbirdir: "Ümumilikdə sərgi çərçivəsində ziyarətçilərə bakalavriat, magistratura, aspirantura, ikinci ali təhsil və MBA proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq. Ziyarətçilər sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, qəbula daha yaxşı hazırlıq, sənəd qəbulu müddəti, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı qazanacaqlar".
"Müxtəlif layihələrdə olan brendlərini də sərgidə görmək mümkün olacaq. Bu il həm də Azərbaycanda yeni fəaliyyətə başlayan UFAZ Universitetinin stendləri də əks olunacaq. Bütün bunlar təhsil nailiyyətlərinin geniş şəbəkədə yayılması, yeniliklər barədə ictimaiyyətə ətraflı məlumat vermək üçün önəmlidir" - deyə C.Valehov əlavə edib.
Mətbuat konfransında iştirak edən "Caspian Event Organisers" şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə qeyd edib ki, bu il sərgidə 14 ölkədən 118 müəssisəsə iştirak edəcək: "Bütün təhsil sahəsinin mərhələlərini əhatə edəcək sərgidə Azərbaycan universitetləri aktiv iştirak edəcək.
"Bu il sərgidə Almaniya, Latviya, Litva, Polşa, Macarıstan və digər ölkələrin ali təhsil müəssisələri, kollec və digər təhsil qurumlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcəklər" -deyə icraçı direktor əlavə edib.
Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























