"Uşaqların məktəbə gec qoyulması valideyn məsuliyyətsizliyidir" - Nazirlik rəsmisi

"Uşaqların məktəbə gec qoyulması valideynlərin məsuliyyətsizliyidir".
ANN.Az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Təhsil inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.
Şöbə müdirinin sözlərinə görə, 2005-ci illə indiki durumu müqayisə etdikdə deyə bilərik ki, elektron sistemdə köklü dəyişikliklər olub: "2005-ci ildə demək olar ki, elektron sistem yox idi. Ancaq hazırda tək şəxsiyyət vəsiqəsi ilə məktəbkli haqqında məlumatları öyrənə bilirik".
"Məktəb yaşı çatmış uşaqların məktəbə qəbulunda heç bir problem yoxdur. Çünki biz dəfələlərlə şahid olmuşuq ki, məktəbə gec gətirilən uşaqların qiymətləri elə də güclü olmur. Bu kimi problemlərin səbəbi ilk növbədə bəzi valideynlərin uşaqlara qarşı məsuliyyətsiz olduğunu bir daha ortaya qoyur. Valideyn məsuliyyətsizliyi uşaqların gələcəyini məhv edir" - deyə E.Əmrullayev əlavə edib.
Orxan Aslanlı
www.ann.azOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























