DİQQƏT: Bakıda evdə saxlanılan vəhşi heyvan qaçıb

Bakıda evdə saxlanılan yenot qaçıb.
Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu 9-cu mikrorayon, Mir Cəlal küçəsində baş verib. Sentyabrın 30-da evdən naməlum şəraitdə yoxa çıxan vəhşi heyvanı tapmaq mümkün olmayıb. Heyvanın sahibi onun yoxa çıxması ilə bağlı bildiriş kağızlarını divarlara yapışdırıb.
Bildiriş kağızlarında heyvan sahibinin əlaqə vasitələri qeyd edilib.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























