Ramiz Abutalıbov və Nurəddin Quliyevə Prezidentin fərdi təqaüdü təyin olundu

Prezident İlham Əliyev Ramiz Abutalıbova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
ANN.Az-ın məlumatına görə, sənədlə Azərbaycan mədəniyyətinin tədqiqi və təbliğində xidmətlərinə görə Ramiz Abutalıb oğlu Abutalıbova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan teatrının inkişafında xidmətlərinə görə Nurəddin Əzulla oğlu Quliyevə də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Nazirlər Kabinetinə isə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























