Bakı Metropolitenindən XƏBƏRDARLIQ

"Reklam vasitələrinin metropoliten xətlərinin sxeminin üzərinə yapışdırılması yolverilməzdir və eyni zamanda dövlət əmlakına zərər vurulması deməkdir".
ANN.Az xəbər verir ki, bunu Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayev deyib.
Qurum rəsmisinin sözlərinə görə, 2014-cü ildə "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yarandıqdan sonra metroda bütün növ reklam vasitələri yığışdırılıb: "Əsas məqsəd metro stansiyalarında, qatarlarda pərakəndəliyi aradan qaldırmaq, qanunsuz, insanların zövqünə, təhlükəsizliyinə maneə yaradan reklam vasitələrini yığışdırmaq idi. Eyni zamanda metro stansiyalarında və qatarlarda təmir-bərpa, yenidənqurma işləri həyata keçirilirdi. ötən ildən metro stansiyalarında qanunvericiliyin tələbləri qorunmaqla müasir standartlara cavab verən reklam vasitələrindən istifadə olunur. Görülmüş tədbirlər nəticəsində artıq mertopoliten ərazisində razılaşdırılmamış reklam vasitələrinin yerləşdirilməməsi təmin edilib. Buna baxmayaraq bəzən qanunsuz reklam vasitələrindən istifadəyə cəhd edən şirkətlər də aşkarlanır. Belə ki, 03 oktyabr 2016-cı il tarixində metro qatarında "İxlas su" şirkətinə məxsus reklam vasitələrinin yapışdırılmasına rast gəlinib. Həmin reklam vasitələri vaqon qapısının üst hissəsində yerləşdirilmiş metropoliten xətlərinin sxeminin üzərinə yapışdırılıb. Təbii ki, bu yolverilməzdir və eyni zamanda dövlət əmlakına zərər vurulması deməkdir".
"Artıq "Bakı Metropoliteni” QSC məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Fakt Bakı Metropolitenində Polis şöbəsi tərəfindən araşdırılır" - deyə Nəsimi Paşayev əlavə edib.
Orxan Aslanlı
www.ann.azOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























