• $
  • €
  • ₽
  • ₺
  • £

Quş qripinə yoluxmamaq üçün nə etməli?

Quş qripinə yoluxmamaq üçün nə etməli?
07.10.2016 12:17
Son illər həyat üçün təhlükə törədən yoluxucu xəstəliklər qrupuna quş qripi xəstəliyi də daxil edilmişdir. 

Tibbi-tarixi araşdırmalara görə bu xəstəliyə 100 il əvvəl İtaliyada təsadüf edilmişdir. Quşlarda bu qripin 15 növü mövcuddur. Bunlardan ən təhlükəli olanı H5 və H7 növləridir. Bu virusa ev quşları (qaz, ördək, toyuq, hindtoyuğu), köçəri və ov quşları yoluxurlar. Quş qripi aşağı temperatura davamlıdır və asanlıqla yayılır.
Bu xəstəlik 1997-ci ildən tam kəskinliyi ilə meydana çıxdı və 104 milyon quşu məhv etdi. 2003-cü ildə isə Asiya ölkələrində peyda oldu və insanları yoluxdurdu.
H5 və H7 virusu xəstə quşun nəcisi qarışan suyu içdikdə və ya xəstə quşla təmas olduqda baş verir. Xəstəlik aşağıdakı əlamətlərlə özünü biruzə verir:
* əsəbilik
* yüksək hərarət
* boğaz ağrısı
* öskürək
* ağciyərdə ağrı hissinin olması.
Quş qripi zamanı hüceyrələr lazımi qədər oksigenlə qidalanmadığına görə bədəndə göyərməyə səbəb olur.
Hazırda quş qripinin peyvəndi yoxdur, immuniteti zəif  olanların ölümünə səbəb olur. Quş qripi xəstəliyindən ölənlərin əksəriyyəti azyaşlı uşaqlar və 50 yaşından yuxarı olan və normal qidalanmayan insanlardır.
Quş qripinə yoluxmamaq üçün lazım olan tədbirlər aşağıdakılardır:
1. Quş qripi virusları 70* S-də məhv olur. Yaxşı bişirilməmiş və qanlı quş ətində virusun olma ehtimalı daha çoxdur.
2. Qrip təhlükəsi daşıyan quşların lələkləri və peyini ilə təmasdan qaçmaq lazımdır.
3. Qrip virusu heyvanların otladığı hər yerdə ola bilir. Buna görə də əlləri tez-tez yumaq lazımdır.
4. Qrip və bu kimi viruslara yoluxmamaq üçün immun sisteminin yüksək olması lazımdır. Bunun üçün düzgün qidalanmaq, yuxu rejiminə əməl etmək, vitaminli qidalardan istifadə etmək və C vitamini qəbul etmək lazımdır.
5. Virus xəstə toyuqların yumurtalarında da olduğu üçün yumurtanı yüksək temperaturda yaxşıca qaynatmaq lazımdır. Yumurtanı soyuducuya qoymazdan əvvəl  sabunlu su ilə yuyulmalıdır.
6. Bişirilməmiş toyuq əti üçün istifadə edilən qabları açıq yerlərə qoymaq olmaz. Onlar təmiz yuyulmalıdır.
7. Toyuq məhsulları ilə iş görərkən əlcək geyinilməlidir.
8. Qrip şübhəsi varsa, baytara müraciət edilməli və xəstə quşlar məhv edilməlidir.//immunitet.az

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol