• $
  • €
  • ₽
  • ₺
  • £

Universitet yataqxanasında VİP otaqlar olacaq

Universitet yataqxanasında VİP otaqlar olacaq
07.10.2016 15:28
"Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) balansında olan ərazilərdə tikiləcək 1000 nəfərlik tələbə yataqxanasının 2018-ci ilin sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub”.

ANN.AZ "Report”-a istinadən xəbər verir ki, bunu ali təhsil müəssisəsinin rektoru Mustafa Babanlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni yataqxana ADNSU-nun Nəsimi rayonu ərazisində yerləşən köhnə və sökülmüş yataqxanalarının yerində tikiləcək: "Universitetimizin 7 yataqxanası olub. Onlardan 6-sı sökülüb və hazırda yalnız biri qalıb. Hansı ki, həmin yataqxana 900 nəfərlik tutuma malikdir. Lakin bina köhnə olduğundan istifadəyə elə də yararlı deyil. Buna baxmayaraq müəyyən hissəsini təmir edib yenə də istismarını təmin edə bilirik. Bütün bunları nəzərə alıb onun yaxınlığında ən müasir və modern yataqxana tikiləcək. Hazırda yerin quruluş hissələrində təmizləmə işləri aparılır”.

Rektor deyib ki, Təhsil Nazirliyinin ümumi rəhbərliyi ilə görüləcək işlərin maliyyə və ideya dəstəyi məhz Heydər Əliyev Fonduna məxsusdur:
"Yataqxananın böyük hissəsi ADNSU tələbələrinə veriləcək. Belə desək, yataqxananın 60 faizi ADNSU-ya, 30 faizi digər ali məktəblərə, 10 faizi isə imtiyazlı və imkansız tələbələrə veriləcək. İmkansız tələbələrə yerlərin bölüşdürülməsi işini Heydər Əliyev Fondu həyata keçirəcək”.

M. Babanlı vurğulayıb ki, indiki dövrdə əksər tələbələr tək yaşamağa üstünlük verir:
 
"Yeni tikiləcək yataqxanada VİP otaqlar olacaq. Yüksək təbəqinin övladlarının bu gün məhz ADNSU-nu seçdiyini etiraf edək. Çünki universitetimiz əcnəbilər üçün də böyük maraq doğurur. Yerli və xarici tələbələrin burada birgə yaşamasını təmin edəcəyik. Təbii ki, heç bir ölkədə yataqxanalar pulsuz olmur. Ona görə də burada məsrəfləri qarşılaya biləcək azərbaycanlı tələbələr olacaq. İmkansız ailədən olan tələbələrə isə digər yataqxanamızda olan yerləri də təklif edəcəyik. İndiki yataqxanamız təxminən 320 nəfərlikdir. Üç nəfərin qaldığı otaqlarda aylıq ödəniş 35 manat, iki nəfərlikdə isə 50 manatdır”. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol