• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ: Yayımçıların rəqəmli yayım üçün ödəyəcəyi məbləğ baha olmayacaq

MTRŞ: Yayımçıların rəqəmli yayım üçün ödəyəcəyi məbləğ baha olmayacaq
07.10.2016 17:05
"Yayımçılar tərəfindən rəqəmli TV yayımı üçün operatora ödəniləcək məbləğ analoq yayımın məbləğindən baha olmayacaq”.
 
Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov deyib.
 
O qeyd edib ki, rəqəmsal yayım üçün ümumrespublika yayımçıları tərəfindən ödənilməsi nəzərdə tutulan məbləğ həm veriliş sürətindən, həm yayım müddətindən, həm də əhatə zonasından, yəni televiziya vericisinin gücündən asılı olaraq dəyişir.
 
Qeyd edək ki, respublikada analoq yayımın dayandırılmasından sonra rəqəmsal yayımın həyata keçirilməsi üçün yayımçılar tərəfindən operatora ödəniləcək qiymətlər Nazirlər Kabinetinin 189 və 190 nömrəli 11 may 2016-cı il tarixli qərarları ilə müəyyənləşib. Qərarlara əsasən rəqəmli şəbəkədə 1 Mbit/saniyə üzrə bir televiziya və ya radio proqramının 1 saat yayımı üçün (ƏDV daxil olmaqla) tarif 50 Vt-a qədər, 50 Vt daxil olmaqla 0,38 manat, 50 Vt-dan -300 Vt-a qədər, 300 Vt daxil olmaqla  0,65 manat, 300 Vt-dan -1200 Vt-a qədər, 1200 Vt daxil olmaqla 0,88 manat, 1200 Vt-dan 3000 Vt-a qədər, 3000 Vt daxil olmaqla 1,06 manat, 3000 Vt-dan yuxarı 1,16 manatdır. Bu tariflərə radiotezliklərdən istifadə üzrə illik istismar haqları daxildir.
 
Xatırladaq ki, Bakı və Abşeron yarımadasında yerüstü yayımlanan ümumölkə TV proqramlarının analoq yayımının 1 noyabr 2016-cı il tarixdən, respublikanın digər bölgələrində yayımlanan TV proqramlarının yerüstü analoq yayımının 1 dekabr 2016-cı il tarixdən etibarən dayandırılması barədə qərar qəbul edilib. Azərbaycan Respublikası ərazisində yerüstü yayımlanan TV proqramlarının analoq TV qəbulediciləri ilə izlənilməsi üçün DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box”) istifadəsi ilə bağlı maarifləndirmə tədbirlərinin aparılması teleradio yayımçılarına və digər müvafiq qurumlara, eyni zamanda Azərbaycan Respublikasında fəaliyyət göstərən sahibkarlara DVB-T standartına uyğun olan dekoderlərin ("Set-Top-Box”) satışının təşkilinin təmin edilməsi tövsiyə edilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol