• $
  • €
  • ₽
  • ₺
  • £

Bu universitetin məzunları iki diplom alacaqlar - Azərbaycanda

Bu universitetin məzunları iki diplom alacaqlar - Azərbaycanda
07.10.2016 22:45
Azərbaycan-Fransız Universitetini bitirən məzunlar iki diplom alacaqlar.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən və Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında təhsil naziri Mikayıl Cabbarov məlumat verib.

O, Azərbaycan prezidentinin fransalı həmkarı Fransua Olland ilə 2014-cü ilin sentyabrın 4-də səsləndirdiyi Azərbaycanda fransız universitetinin yaradılması təklifinin artıq bu il sentyabrın 15-də gerçəkliyə çevrildiyini, Azərbaycan-Fransız Universitetinin (UFAZ) öz ilk tələbələrini qəbul etdiyini qeyd edib.
"Bu layihə ali təhsilimizin tarixində yeni səhifə açır, vətəndaşlarımıza xaricə getmədən aparıcı universitetlərin standartlarına uyğun keyfiyyətli təhsil almaq imkanı yaradır. Cari ildə 143 nəfər tələbə, o cümlədən onların 23-ü ödənişli əsaslarla dörd ixtisas üzrə (kimya mühəndisliyi, kompyuter elmləri, geofizika mühəndisliyi, neft və qazın kəşfi və hasilatı) ingilis dilində tədrisə başlayıb. Həmin ixtisaslar üzrə Fransanın Strasburq və Renn 1 universitetləri ilə əməkdaşlıq qurulub, məzunlara iki (həm Azərbaycan, həm Fransa) diplomun verilməsi qərara alınıb", - deyə o əlavə edib.

Nazir, həmçinin bildirib ki, son illər ölkədə xarici dildə tədris aparan ali təhsil müəssisələrinin və burada təhsil alan gənclərin sayının artması xüsusi qeyd olunmalıdır.

"Eyni zamanda, Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan 4200-dən çox əcnəbi tələbə üçün əlverişli şərait yaradılıb. Xarici dildə təhsil məzunlara əmək bazarında əlavə şanslar yaratmaqla yanaşı, ölkəmizin beynəlxalq miqyaslı təhsil mərkəzinə çevrilməsinə də xidmət edir", - deyə o söyləyib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol