"Elmə ayrılan dövlət vəsaitinin bölgüsündə universitetlər də iştirak etməlidir"

Elmə ayrılan dövlət vəsaitinin bölgüsündə universitetlər də iştirak etməlidir.
"Report" xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında təhsil naziri Mikayıl Cabbarov deyib.
"Hazırda ali təhsil müəssisələrinin elmi fəaliyyəti dövlət büdcəsindən maliyyələşdirilmir. Universitetlərin maliyyələşməsinin yeganə mənbəyini təhsil haqları təşkil edir. Elmi fəaliyyətlə məşğul olanların yarısının ali təhsil müəssisələrində çalışdığını nəzərə alaraq, dövlət tərəfindən elmə ayrılan vəsaitin bölgüsündə universitetlərin də iştirak etmək hüququnun tanınması məsələsinin müzakirəsini vacib hesab edirik".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























