• $
  • €
  • ₽
  • ₺
  • £

Məhkumla nikaha daxil olan qadın azadlığa buraxılmasını istəyir - Azərbaycanda

Məhkumla nikaha daxil olan qadın azadlığa buraxılmasını istəyir - Azərbaycanda
08.10.2016 09:44
Xətai Rayon Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Fərzanə Allahverdi qızı Ağayeva cəzadan vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair verdiyi müraciətə baxılıb.

"Report”un məlumatına görə, məhkəmə qadının müraciətini təmin etməyib.

Qərardan narazı qalan F.Ağayeva apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək məhkəmə iclası oktyabrın 10-na təyin edilib. İşə hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ittiham aktına əsasən, 2013-cü il martın 7-dən 8-nə keçən gecə maska taxmış üç naməlum kişi Hövsan qəsəbəsi sakini, əslən Astaradan olan 1957-ci il təvəllüdlü Züleyxa İman qızı Əsgərovanın evinə daxil olublar. Bu zaman evdə Z.Əsgərovadan başqa onun qonaqları və qohumları Humay Saleh qızı Nəsirova və 1985-ci il təvəllüdlü F.Ağayeva da olub. Cinayətkarlar qadınların əllərini bağlayaraq, onları təhdid edib, sonra ev sahibinin bütün pullarını, bir qızıl və bir gümüş üzüyünü götürüblər.

İstintaq zamanı müəyyən olunub ki, cinayətə həmin gecə Z.Əsgərovanın evində qonaq olan və onun uzaq qohumu - Astara rayon sakini F.Ağayeva da köməklik edib. Belə ki, o, birgə yaşadığı, əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Rüfət Kamal oğlu Məmmədova pullar barədə məlumat verib.

Hadisədən sonra Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin və Suraxanı Polis İdarəsinin əməliyyatçıları cinayətkar dəstəni saxlayıb. Altı aylıq hamilə olduğu üçün F.Ağayeva həbs edilməyib, istintaqın davam etdiyi müddətdə heç bir yerə getməmək haqqında iltizam alınaraq, azadlığa buraxılıb.

Məhkəmənin hökmü ilə R.Məmmədov 7 il, F.Ağayeva isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, 2014-cü il sentyabr ayının 26-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan R.Məmmədovla 4 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan F.Ağayevanın müraciətləri əsasında onlar nikaha daxil olublar. Bu isə Azərbaycanda ilk dəfə iki məhkumun nikaha daxil olması kimi qeydə alınıb. Məhkumların iki azyaşlı uşaqları var.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol