• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyi qaraçıları təhsilə cəlb edə bilmir

Təhsil Nazirliyi qaraçıları təhsilə cəlb edə bilmir
08.10.2016 10:39
Dünyadakı köçəri xalqlardan biri də Hind-Avropa mənşəyinə mənsub olan qaraçılardır. Qaraçılar Bolqarıstan, Moldova, Rusiya, Kosovo, Makedoniyada daha sıx məskunlaşıblar.

Azərbaycanda da bu etnik qruplaşmaya tez-tez rast gəlmək olur. Qaraçılar Azərbaycanda əsasən Yevlax və Ağdaş rayonları ərazisində məskən salıblar.

Əsas məşğuliyyətləri dilənçilik olan qaraçılar demək olar ki, bu işlə heç də az gəlir əldə etmirlər. Onların əksəriyyəti Azərbaycanda qeydiyyatsız, pasportsuz yaşayır.

Azərbaycanda qaraçıların dəqiq sayı da bilinmir. Onların uşaqları icbari təhsilə də cəlb olunmayıb.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə Modern.az saytına deyib ki,hansı xalqın nümayəndəsi olursa olsun, Azərbaycanda yaşayırlarsa, övladları icbari təhsilə cəlb edilməlidir

İ.Həbibbəyli deyib ki, belə halların qarşısını mütləq Təhsil Nazirliyi almalıdır:

 "Ölkənin bütün sosial təbəqələri icbari təhsilə cəlb olunmalıdır. Maddi imkanından, sosial təbəqəsindən asılı olmayaraq heç kim icbari təhsildən yayınmamalıdır.

Konkret faktlarla bağlı Təhsil Nazirliyi araşdırma aparmalı və əgər belə bir məsələlər varsa bunun qarşısını almalıdır. Mənim bununla bağlı konkret məlumatım yoxdur”.

Təh Nazirliyinin Təhsil inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev Modern.az-a deyib ki, qaraçıların icbari tibbi təhsilə cəlb olunmasında problemlər var:

"Azərbaycanda qaraçı uşaqlarının icbari təhsilə cəlb olunması problemi var. Digər məsələ isə ondan ibarətdir ki, qaraçıların nə qeydiyyatı, nə də pasportu var. Onların bir hissəsi Rusiya və Moldovodan Azərbaycana köçüb gələnlərdir.

Əgər məktəb yaşına çatmış qaraçıların şəxsiyyətini təsdiq edən sənədləri yoxdursa, onları qeydiyyatdan da keçirmək mümkün olmur. Belə olanda da biz mütləq qaydada bu cür inşalarda fərdi olaraq kömək etməliyik”.

Təhsil Nazirliyinin rəsmisi ölkədə icbari tibbi təhsildən yayınan qaraçıların sayını da açıqlayıb:

"Təəssüflə qeyd etməliyəm ki, belə hallar hazırda var. Amma bu cür sənədsiz, qeydiyyatsız icbari təhsildən yayınan qaraçıların sayı 100-dən artıq deyil. Qax rayonundakı Qapıçay kəndində yaşayan fars mənşəli qaraçılar artıq Azərbaycanda icbari təhsilə cəlb olunublar.

Hüquq-mühafizə orqanları, millət vəkilləri, ayrı-ayrı şəxslər, QHT-lər tərəfindən bizə bu cür hallarla bağlı məlumat daxil olduqda "təhsil hüququ alidir” prinsipi əsasında bu problemlərin həllinə çalırıq”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol