Tərəvəzlərdəki dərman qalıqlarından xilas olmağın yolları

Sağlamlığın mənbəyi sayılan tərəvəz və meyvələr eyni zamanda zəhərli kimyəvi maddələrin də bədəninizə daxil olmasına səbəb ola bilər. Sertifikatlı üzvi qidalar istehlak edərək pestisitin qalıqlarından qorunmaq mümkündür. Tərəvəz və meyvələrdə dərman qalıqlarından xilas olmaq üçün bəzi sadə çarələr mövcuddur.
İlk olaraq yaxşıca yuyun. Axan soyuq suyun altında yaxşıca yumaq dərman qalıqlarının 70-80% atılmasını təmin edir.
Sirkəli suda saxlayın
Ağ sirkə ilə suyu qarışdırın. Tərəvəz və meyvələri 15 dəqiqə sirkəli suda saxladıqdan sonra axan su ilə yuyun. Bu üsulu çiyələk, moruq kimi həssas meyvələr üçün istifadə etməyin.
Bu üsulları təzə tərəvəz və meyvələri yeməmişdən dərhal əvvəl tətbiq edin. Yuduqdan sonra saxlasanız, daha tez xarab olarlar. //Deyerler.org
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























