• $
  • €
  • ₽
  • ₺
  • £

Qırışlara səbəb olan pis vərdişlər

Qırışlara səbəb olan pis vərdişlər
09.10.2016 20:27
Lakin bəzi pis vərdişlərimiz buna mane olur, üz dərisinin qocalmasını tezləşdirir. Bu vərdişlərdən mütləq imtina edin!

1-ci vərdiş mimikadan həddən çox istifadə etməkdir.

ANN.Az saglamolun.az-a istinadən bildirir ki, əgər insan çox tez-tez gözlərini qıyır, alnını qırışdırır və s. mimik hərəkətlər edirsə, bu qırışların daha tez əmələ gəlməsinə səbəb olacaq. Yapon qadınları xatırlayın - hətta qoca qadınlarda qırışlar az olur. Bunun səbəbi məhz mimikadan az-az istifadə etməsidir. Bu yapon ənənəsidir.

2. Üzə tez-tez əl vurmaq

Bu da növbəti pis vərdişdir. Üz dərisinə tez-tez toxunduqda, siz dərinizi daim dartısız ki, bu da qırışların əmələ gəlməsinə təkan verir.
Digər tərəfdən bu sızanaqların və digər səpgilərin əmələ gəlməsinə səbəb olur.

3. Saqqız çeynəmək

Bu ağız ətrafında dərinin dartılmasına və sallanmasına səbəb olacaq. Hər qida qəbulundan sonra 5-7 dəqiqə ərzində saqqız çeynəmək olar (bundan artıq yox!). Nəticədə siz həm dişlərinizi sağlam saxlayacaqsınız, həm də dəriniz əziyyət çəkməyəcək.

4. Günün altında qaralmaq

Gün üz dərisinə olduqca çox mənfi təsir edir - qurudur, elastikliyini azaldır, qocaldır, qırışların əmələ gəlməsinə səbəb olur. Dərinizi cavan saxlamaq istəyirsinizsə, "zaqar"dan imtina edin, xüsusi gündən qoruyan kremlərdən, gün eynəklərindən, şlyapalardan, çətirlərdən istifadə edin.

5. Skrablardan, pilinqlərdən və s. dərini dərin təmizləyən vasitələrdən tez-tez istifadə edilməsi

Bu vasitələr dərini qurudur, onun qoruyucu qatını məhv edir və nəticədə dəri daha tez qocalır, qırışlarla örtülür.

Gündəlik baxım zamanı tərkibində spirt və digər aqressiv maddələr olan kosmetik vasitələrdən daha az istifadə edin. Onlar dərinin normal su balansını pozur, dərini qurudur, qırışların əmələ gəlməsinə səbəb olur.

Dərinizi daim nəmləndirməyə çalışın - bu qırışların ən yaxşı profilaktikasıdır.

6. Düzgün olmayan qidalanma

Qidalanmada şirniyyatların, fast-fud qidaların, yağlı, duzlu, hisə verilmiş, qızardılmış  qidaların çox olması bütün orqanizmə mənfi təsir edir. Bu həmçinin dərinin daha tez qocalmasına təkan verir. Dərini cavan saxlamaq istəyən insan mütləq hər gün meyvə-tərəvəz, göyərti, süd məhsulları, sıyıqlar (düyü, yulaf yarması və s.) yeməlidir.

Mayenin qəbulu da çox əhəmiyyətlidir. Az maye qəbul edən insanların dərisi quruyur, bu isə qırışların əmələ gəlməsinə səbəb olur. Gün ərzində 2 l-dən az olmayaq maye qəbul edin. Çay, qəhvə məhdudlaşdırın. Bu içkilər orqanizmin susuzlaşmasına səbəb olur. Adi təmiz su, təbii meyvə şirələri daha yaxşı seçimdir.

7. Yuxunun az olması

Gecə zamanı orqanizm dincəlir və bərpa olunur. Bu həmçinin üz dərisinə də aiddir. Əgər insan daim az yatırsa, orqanizm daha tez qocalmağa başlayır ki, bu da ilk növbədə üz dərisinin vəziyyətinə təsir edir.

Daim 6 saatdan az yatan insanın orqanizmi daha tez qocalmağa başlayır.

8. Qarın üstə yatmaq vərdişi

Bu vərdiş üz dərisinə çox mənfi təsir edir - qan dövranı pozulur, dəri sıxılır, qırışır. Bel və ya böyür üstə yatın - bu tək üz dərisinin deyil, ürək-damar sisteminin sağlamlığı üçün də çox vacibdir.

9. Siqaret çəkmək

Qadın gözəlliyinə ən pis təsir edən vərdişdir. Siqaret çəkən qadınların dərisi nazilir, quruyur, saralır və çox tez qocalır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol