• $
  • €
  • ₽
  • ₺
  • £

Səfir: Azərbaycanın turizmi yaxşı təbliğ edilməyib

Səfir: Azərbaycanın turizmi yaxşı təbliğ edilməyib
10.10.2016 20:12
"Azərbaycanın turizm imkanları daha yaxşı təbliğ olunarsa və birbaşa təyyarə reysləri açılarsa, buraya Yunanıstandan daha çox turist gələ bilər”.

Bu barədə Fins.az-a müsahibəsində Yunanıstanın ölkəmizdəki səfiri Dimitrias Çunqas bildirib.

"Mən burada olduğum müddətdə Astara, Lənkəran, Lerik, Biləsuvar, Abşeron, Lahıc, Gəncə, Quba, Qusar, demək olar ki, ölkənizdə çox yerlərdə olmuşam və hamısı da çox xoşuma gəlib”, - deyə səfir əlavə edib.

Səfir həmçinin yunanların Azərbaycana daha çox gəlməməsinin səbəblərini açıqlayıb:

"Yayda yunanlar öz ölkələrində qalırlar. Səfərlərə daha çox qış mövsümündə gedirlər. Bu isə daha çox Avropa ölkələridir. Avropa ölkələri arasında da ən çox İtaliya və Fransanı gəzirlər.

Ölkəniz turizm sahəsində yaxşı təbliğ olunmayıb, buna görə də yunanlar buraya daha az gəlir. Bu, birinci səbəbdir. İkinci səbəb isə Azərbaycandan Yunanıstana birbaşa reyslərin olmamasıdır”.

D.Çunqas bildirib ki, Yunanıstanda gəzməli yerlər çoxdur və onların arasında seçim etmək çətindir:

"Bizim ölkədə 3800 ada var və əgər siz dəniz həvəskarısızsa, buraya, bu adalardan birinə baş çəkə bilərsiz. Həmçinin Afina kimi qədim şəhərimiz var. Ümumiyyətlə, Yunanıstanda gəzməli yerlər çoxdur və onlar arasında seçim etmək çox çətindir”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol