• $
  • €
  • ₽
  • ₺
  • £

"Qəm-qüssəsini ifadə etmək istəyənlər üçün məscid var" - Komitə sədri

"Qəm-qüssəsini ifadə etmək istəyənlər üçün məscid var" - Komitə sədri
29.05.2020 06:42
"Əminəm ki, İmam Hüseyn (ə) əzadarlığı Azərbaycanda dinc şəraitdə, "Dini etiqad azadlığı haqqında” qanuna olacaq”.
 
ANN.AZ xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı APA-ya bildirib ki, Qafqaz MÜsəlmanları İdarəsi (QMİ) və Komitə arasında Aşura günü ilə bağlı heç bir fikir ayrılığı yoxdur və bununla bağlı fətva birlikdə qəbul olunub.
 
Onun sözlərinə görə, "Dini etiqad azadlığı haqqında” qanunda hər şey açıq formada göstərilir:
 
"Dini xarakterli bütün ayinlər məsciddə və yaxud məscidin həyətində keçirilə bilər. O cümlədən dini atributlar, dini xarakterli bu və ya digər bayraqlar məscidin içərisində istifadə olunmalıdır. Dini ayinlərin icrası zamanı qanuna əməl edilməlidir. Bəzi adamların Aşura günü evlərdə bu və ya digər tədbir keçirməyinə gəlincə, biz tövsiyə edirik ki, bütün tədbirləri məscidlərdə təşkil olunsun. Kimsə İmam Hüseyn (ə) adına süfrə açmaq istəyirsə, onu da məscidə göndərib orada təşkil edə bilər. Ənənəvi şəkildə evində süfrə açmaq istəyən olsa, bunda da problem görmürük. Amma kimsə süfrə açmaqdan fərqli olaraq, ayin keçirirsə, əzadarlıq təşkil edirsə, bu, artıq başqa məsələdir. Bir var süfrə açmaq, bir var dini xarakterli yığıncaq keçirmək - bunlar fərqlidir. Yığıncaqlar ancaq məsciddə keçirilməlidir. Bu, Azərbaycanda tək Məhərrəmlik ayına aid deyil. Kim qəm qüssəsini ifadə etmək istəyirsə, bunun üçün məscid var”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol