• $
  • €
  • ₽
  • ₺
  • £

Kabel televiziyalarında analoq yayım davam etdiriləcək - RƏSMİ

Kabel televiziyalarında analoq yayım davam etdiriləcək - RƏSMİ
10.10.2016 13:10
Azərbaycan ərazisində cari ilin dekabr ayının 1-dən televiziya kanallarının analoq yayımının dayandırılmasına baxmayaraq kabel operatorların şəbəkələrində analoq yayımı davam etdiriləcək.
 
ANN.AZ "APA-Economics"-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Kabel Operatorları Assosiasiyasının icraçı katibi Əli Əliyev bildirib.
 
Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən kabel operatorların abunəçilərinin rəqəmli yayıma keçid ilə bağlı narahatlığı əsassızdır və analoq formatda "KATV1" və "Ailə TV" kabel operatorlarının müştəriləri dekabrın 1-dən sonra da onların xidmətlərindən istifadə edə biləcəklər.
 
Ə. Əliyev qeyd edib ki, analoq yayımın dayandırılması yalnız efir kanallarına aiddir və 1 dekabrdan sonra efir kanallarını izləmək üçün ya DVB-T rəqəmli formatı dəstəkləyən televizor olmalı, ya da bunun üçün ayrıca xüsusi DVB-T və ya DVB-S qəbuledici qoşulmalıdır:
 
"Lakin Azərbaycanda satılan müasir televizorlarının əksəriyyətində rəqəmli televiziyanı dəstəkləyən DVBT resiveri olduğu üçün əlavə cihaz almaq lazım deyildir. Kabel televiziyasında isə hər şey olduğu kimi qalacaq. Kabel operatorları isə öz abunəçilərinin tələbatlarını nəzərə alaraq analoq yayımı davam etdirəcəklər və buna üçün narahat olmağa dəyməz".
 
Onun sözlərinə görə, rəqəmsal yayıma keçid Azərbaycanın da qoşulduğu Cenevrə konvensiyanın qərarları ilə bağlıdır. Belə ki, həmin konvensiyaya görə rəqəmli yayıma keçid 2015-ci ildə başa çatmalı idi. Lakin MDB ölkələri, o cümlədən də Azərbaycan bu prosesi müəyyən qədər yubadıblar.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol