Yol polisindən sürücülərə MÜRACİƏT

Aşura mərasimləri ilə əlaqədar Bakı şəhərində məcsidlərin yerləşdiyi ərazilərə bitişik küçə və yollarda nəqliyyat vasitələrinin hərəkətinə nəzarət gücləndiriləcək.
Bu barədə Trend-ə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V.Əsədov sürücüləri diqqətli olmağa çağırıb: "Sürücülərə tövsiyə edirik ki, məscidlərin ətrafında avtomobillərin park edilməsinin mümkünsüzlüyünü nəzərə alıb, tıxacların yaranmaması üçün ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























