• $
  • €
  • ₽
  • ₺
  • £

Salyan və Ağdamda partlamamış hərbi sursatlar tapılıb - FOTOLAR

Salyan və Ağdamda partlamamış hərbi sursatlar tapılıb - FOTOLAR
10.10.2016 21:30
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən oktyabrın 10-da Salyan və Ağdam rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat açıqlanıb.

Agentlikdən verilən məlumata görə, Salyan rayonu Şirvan Milli Parkı ərazisində 8 ədəd partlamamış hərbi sursat (PHS) (3 ədəd 140 mm-lik raket (M-14 OF), 2 ədəd 100 mm-lik top mərmisi (BR-412B), 1 ədəd 100 mm-lik top mərmisi (PBR-412), 1 ədəd tank əleyhinə raketin mühərriki (PQ-7) və 1 ədəd 100 mm-lik top mərmisi (partlayış dalğalı donanma mərmisi)) aşkar edilərək götürülüb, nəticə etibarilə 9 000 kv.m. ərazi yoxlanılıb.


Ağdamın Evoğlu kəndində isə su arxına baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (PHS) (100 mm-lik top mərmis (OF-32)) aşkar edilərək götürülüb, nəticə etibarilə 2 000 kv.m ərazi yoxlanılıb.
 
 
Ümumilikdə agentlik tərəfindən 7 Aprel – 10 oktyabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 947 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd "siqnal minası” və 42 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol