• $
  • €
  • ₽
  • ₺
  • £

Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ərazilər – SİYAHI

Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ərazilər – SİYAHI
11.10.2016 10:01
Azərbaycanda Aşura günü qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısı açıqlanıb.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, qanvermə ölkə üzrə Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankından başqa, 14 məsciddə təşkil olunacaq.

Qanvermə aksiyalarının təşkil olunacağı məscidlərin 8-i Bakıda, 6-sı isə digər rayon və şəhərlərdə yerləşir.

Aksiyalar Bakıda Mərkəzi Qan Bankında, Yasamal rayonunda "Təzəpir” məscidi və "Hacı Soltanəli” məscidləri, Səbail rayonunda "Bibiheybət” və İçərişəhər "Cümə” məscidləri, Suraxanı rayonu "Qaraçuxur” qəsəbə məscidi, Xəzər rayonu "Mirmövsüm ağa” ziyarətgah-məscidi, Nizami rayonu "Keşlə” qəsəbə məscidi, Nəsimi rayonu "Əjdərbəy” məscidində təşkil olunacaq.

Bununla yanaşı, Sumqayıtda "Cümə” məscidi, Gəncədə "İmamzadə” ziyarətgah-məscidi, Mingəçevirdə "Heydər” məscidi, Şəkidə "Сümə” məscidi, Lənkəranda "Böyük Bazar” məscidi, Bərdədə "Cümə” məscidində də qanvermə aksiyası keçiriləcək.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliya və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, Azərbaycanda Məhərrəm ayı oktyabrın 3-dən başlayıb və sabah Aşura günüdür.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol