Bakı Ali Neft Məktəbindən intihar etmiş tələbə ilə bağlı AÇIQLAMA

Dünən Bakı Ali Neft Məktəbinin (BANM) tələbə yataqxanasında dəhşətli intihar hadisəsi baş verib.
Belə ki, 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlu özünü Nizami rayonu ərazisində yerləşən tələbə yataqxanasının 11-ci mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib.
Belə ki, 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlu özünü Nizami rayonu ərazisində yerləşən tələbə yataqxanasının 11-ci mərtəbəsindən atıb. O, hadisə yerindəcə keçinib.
ANN.Az xəbər verir ki, mərhumun atası mətbuata açıqlamasında oğlunun bir neçə fəndən kəsirləri olduğunu söyləyib. O, istintaqa deyib ki, oğlu əlaçı tələbə idi: "Bizə birdən məlum oldu ki, onun 6 fənnin 4-dən kəsiri qalıb. Uşaq bunun üçün çox həyəcan keçirirdi".
BANM-ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zeynəb Kazımova hadisə ilə bağlı istintaq işlərinin getdiyinə görə məlumat verə bilmədiklərini bildirib: "Bakı Ali Neft Məktəbinin (BANM) "Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 4-cü kurs tələbəsi Abbasov Hüseyn Maarif oğlu tələbə yataqxanasının 11-ci mərtəbəsindən düşərək vəfat edib. Hadisə ilə bağlı hüquq mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. İstintaq getdiyinə görə, hadisənin mümkün səbəbləri barədə məlumat verilmir”.
"Son vaxtlar tələbə özünə qapanmışdı və son bir ayda dərslərdə iştirak etməyib. BANM-ın müvafiq qurumları bununla bağlı tələbənin valideynlərini məlumatlandırıb. BANM rəhbərliyi, professor-müəllim heyəti və tələbələri baş vermiş hadisə ilə bağlı tələbənin ailəsinə və yaxınlarına başsağlığı verirlər”, - deyə Z.Kazımova əlavə edib.
Orxan Aslanlı
www.ann.azOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























