• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda məktəbdə zərdüştlük dini təbliğ olundu – VİDEO

Bakıda məktəbdə zərdüştlük dini təbliğ olundu  – VİDEO
11.10.2016 23:11
Vətənpərvərlik ruhunda tədbir keçirmək adı ilə məktəbdə qeyri-ənənəvi dinin təbliğatı aparılıb. 

Valideynlərin şikayətindən sonra "Xəzər Xəbər” hadisənin təfərrüatlarını araşdırıb.

Zərdüştlük dinini təbliğ edən və "Asif Ata” ocağı kimi tanınan təşkilatın nəşr etdiyi qəzet paytaxtın Binəqədi rayonunda Biləcəri qəsəbəsində 297 saylı məktəbdə şagirdlərə paylanıb. 

Təhsil ocağının kollektivinin iştirakı ilə keçirilən tədbir zamanı şagirdlərə Asif Ata ocağının prinsipləri, fərdi baxışları məktəblilərə ideal yol kimi təqdim edilib.

Qəzetdə yer alan məlumatlar nəinki şagirdlərin, hətta yetkin insanların belə fikirlərini çox asanlıqla qarışdıra, hansısa istiqamətə yönləndirə bilər. Bəs maraqlıdır görəsən atəşpərəstliyi təbliğ edən bir tədbir 297 saylı məktəbdə necə keçirilib?

Məktəb rəhbərliyi əvvəl belə bir tədbirin keçirilmədiyini bildirib. Lakin sonradan məktəbə yenicə təyin olunan direktor Nailə Cəfərova etiraf edib ki, ayın 6-da ona bir təşkilat məktəbdə vətənpərvərlik ruhunda tədbir keçirməklə bağlı müraciət edib. Direktor da bu təklifin şagirdlərin faydasına olduğunu düşünürək qəbul edib.

Məktəbin direktoru deyir ki, hadisədən xəbər tutan kimi dərhal qəzetləri şagirdlərdən toplayıblar.

Qeyd edək ki , bu cür fəaliyyət qanunverciliklə birmənalı şəkildə qadağan olunur.



Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol