İş axtaran gənclər üçün fürsət

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) könüllü əsaslarla işləmək arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir.
ANN.AZ xəbər verir ki, könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər BŞTİ-nin müxtəlif sektorlarında 3 ay təcrübə keçmək imkanı qazanacaqlar.
İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompüterdə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.
Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən təsdiqləyici sənəd veriləcək.
Qeyd edək ki, artıq könüllülük proqramı əsasında 40 nəfər gənc BŞTİ-də ixtisaslarına uyğun sektorlarda 3 ay təcrübə keçib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























