• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəbdə dini təbliğat: Özbaşınalıq, yoxsa diqqətsizlik

Məktəbdə dini təbliğat: Özbaşınalıq, yoxsa diqqətsizlik
12.10.2016 14:18

Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən Emin Əliyev adına 297 saylı məktəbdə Zərdüştlük dinini təbliğ edən, "Asif Ata” ocağı kimi tanınan təşkilatın nəşr etdiyi qəzet şagirdlərə paylanıb.

Mətbuata açıqlama verən məktəb direktoru Nailə Cəfərovanın sözlərinə görə, ayın 6-da ona bir təşkilat məktəbdə vətənpərvərlik ruhunda tədbir keçirməklə bağlı müraciət edib. O da bu təklifin şagirdlərin faydasına olduğunu düşünürək qəbul edib. Direktor həmçinin hadisədən xəbər tutan kimi dərhal qəzetləri şagirdlərdən topladığını da bildirib.


Bəs, görəsən, məktəbələrdə bu cür dini təbliğatın aparılmasına icazə varmı? Buna kim nəzarət etməlidir?

  


Kamran Əsədov - təhsil eksperti


Məsələ ilə əlaqədar ANN.Az-a açıqlama verən təhsil üzrə ekspert Kamran Əsədov təhsil müəssisələrində belə halların baş verməsinin qanuna zidd olduğunu deyir: "Yəqin ki, məktəb direktoru həmin təşkilatla müəyyən razılaşma edib, heç qəzetlə də maraqlanmayıb. Sonradan da məlum olub ki, bu qəzet dini təbliğ edirmiş. Direktor özünə haqq qazandırmaq üçün onsuz da deyəcək ki, bildiyim an qəzetləri yığışdırmışam. Necə ola bilər ki, məktəbə hansısa qəzet gətirilib paylanır direktorun ondan xəbəri olmur? Yaxşı, direktorun xəbəri olmayıb, bəs onun müavinləri, həmkarlar ittifaqının rəhbəri hara baxırdı?”


"Ümumiyyətlə, məktəbdə dini təbliğ edən hansısa mətbu nəşr paylanıla bilməz. Məktəbə hər hansı bir nəşr paylanılanda bunun nəzarət qaydası belədir: Məktəb direktoru Təhsil Nazirliyinə müraciət edir ki, təhsil müəssisəsində belə bir təşkilat mətbu nəşr paylamaq istəyir. Əgər razılıq olarsa, o başqa məsələ. Bu problemli məsələyə ilk növbədə təhsil nazirliyi cavab verməlidir”, – deyə K.Əsədov əlavə edib.


Problemli məsələyə rəsmi münasibət öyrənmək üçün Bakı şəhər Təhsil idarəsinə sorğu göndərsək də, suallarımızı cavablandıran olmadı.

 
Orxan Aslanlı

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol