• $
  • €
  • ₽
  • ₺
  • £

Online mediaya dövlət yardımı artırılacaq?

Online mediaya dövlət yardımı artırılacaq?
12.10.2016 14:30
Artıq hər sahədə olduğu kimi jurnalistika da dövrün tələblərinə uyğun fəaliyyətini genişləndirir.
 
Bir zamanlar yalnız ənənəvi (qəzet) mətbuat insanların  həyatında önəmli yer tuturdusa, indiki dövrdə öz yerini onlayn (saytlar) mediaya verib. Dövlət tərəfindən zaman-zaman yazılı mətbuata yardım edilir. Ancaq son zamanlar jurnalistikanın inkişafı üçün onlayn mediaya da dövlət tərəfindən yardımın vacibliyi vurğulanır.

Məsələ ilə bağlı modern.az-a açıqlama verən millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, mən bu məsələni bir neçə dəfə gündəmə gətirmişəm:
 
"Medianın indiki zamanında onlayn media istər məlumatların toplanmasında, yayılmasında, ictimai fikrin formalaşmasında daha çox rol oynayır. Ona görə də mən düşünürəm ki, necə ki yazılı mətbuata (qəzetlərə) dövlət dəstəyi verilir, eyni zamanda ictimai fikrə təsir edən xəbər portallarına da yardım etmək günün tələbidir. Bununla bağlı bir neçə dəfə parlamentdə çıxış etmişəm ki, məsələ öz həllini tapsın".
 
Ayrılacaq məbləğin bölgüsü ilə bağlı sualları cavablayan deputatın sözlərinə görə, bu barədə indidən danışmaq bir az tez olar, əvvəlcə məbləğ əldə olunmalıdır.
 
"Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondu (KİVDF) tərəfindən yazılı mətbuata yardım edilir. Belə düşünürük ki, onlayn mediaya da dəstək üçün bu mediaya KİVDF-in büdcəsini artırmaq lazım olacaq. Hələlik məsələlər müzakirə olunur. Mənim fikrimcə, nə qədər ki, yazılı mətbuat kimi online media reklamla bağlı problemlərini həll edə bilməyib, reklam gəlirləri hələ kifayət qədər deyil, ona görə də o müddətə qədər dövlətin onlayn mediaya da yardım etməsi jurnalistikanın inkişafına gətirib çıxara bilər".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol