1 gündə 8984 sürücü cərimələndi

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları bir gün ərzində 8984 sürücünün inzibati xəta törətdiyini aşkar edib.
ANN.AZ xəbər verir ki, bu barədə "Report"a idarədən məlumat verilib. Məlumata görə, oktyabrın 11-da ölkə ərazisində inzibati məsuliyyətə cəlb edilən sürücülərdən 40-ı sükan arxasına sərxoş halda əyləşdiyinə, 5-i isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb.
Sürət həddini aşdığına görə 4873 sürücüyə elektron protokol (MMX) tərtib edilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























