Nazirlikdən xəbərdarlıq: Vaxt bitdi!

Səhiyyə Nazirliyi dərman vasitəsi idxalçıları və xarici istehsalçı müəssisələrin rəsmi nümayəndəliklərinə xəbərdarlıq edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin qiymətləndirilməsi prosesi ilə bağlı keçid dövrü artıq yekunlaşıb.
"Dərman vasitələri haqqında" qanunu və Nazirlər Kabinetinin 13 iyul 2007-ci il tarixli 108 nömrəli Qərarı ilə təsdiq olunmuş "Dərman vasitələrinin dövlət qeydiyyatı və reyestrinin aparılması Qaydaları"na əsasən dərman vasitələrinin istifadəsinə aid təlimat Azərbaycan dilində olmalıdır:
"Bununla əlaqədar olaraq bildiririk ki, 01.01.2017-ci il tarixindən etibarən istifadə təlimatı Azərbaycan dilində olmayan və Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən təsdiqlənməmiş formada olan dərman vasitələrinin idxalına icazə verilməyəcək".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























