• $
  • €
  • ₽
  • ₺
  • £

"Səhər ayılanda gözlərim görmürdü" - Hacı Nuran

"Səhər ayılanda gözlərim görmürdü" - Hacı Nuran
13.10.2016 11:45
ARB TV-nin "Gəlin danışaq" verilişinə bu dəfə xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Hacı Nuran Hüseynov qonaq olub. 

Axşam.az-ın məlumatına görə, aparıcı xəstəliyin səbəblərindən danışıb:

"8 ay anam xəstə yatdı. Vəfat etdikdən sonra, onun 40 mərasimindən 3 gün keçmişdi ki, özümü pis hiss etməyə başladım. Valideynlərimin vəfat etməsi dalbadal oldu. Stress, əsəb məni yordu. Moskvaya çəkilişə getmişdik. Səhər ayılanda gözlərim görmürdü. Orada 1 aya yaxın müalicə aldım. Bir müddət sonra isə halsızlaşdım. Yüksək hərarətimin olmasından sonra həkimə müraciət etdim. Müayinədən keçdikdən sonra bəlli oldu ki, xərçəngəm. İlk dəfə öyrənəndə adam tutulur, amma öyrəşirsən. Daha sonra müalicələr üçün Türkiyəyə üz tutdum. Elə oradaca Moskvadakı səfirimiz Polad Bülbüloğlu mənə zəng edib öz yanına çağırdı və orada müalicə almama kömək etdi. Özümü heç vaxt xəstə kimi göstərməmişəm. İstəməmişəm ki, kiminsə mənə yazığı gəlsin".

Aparıcı siqaret çəkməməsinin, içki içməməsinin müalicəsinə müsbət təsir göstərdiyini bildirib:

"Hər zaman sağlam mühitdə böyüməyə üstünlük vermişəm. Spirtli içkilərdən, siqaretdən uzaq olmuşam. Həkim də dedi ki, yaxşı ki, istifadə etməmisən. Çünki müalicədə bu özünü göstərirdi".


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol